Qvineyanın paytaxtı Konakridə zibil saxlama sahəsində baş verən sürüşmədə 30 nəfər həyatını itirdi, 22 nəfər yaralandı.
Qvineya hökumətindən verilən açıqlamada paytaxt Konakridəki Gbessia bölgəsində yerləşən Dar-es-Salam zibilxanasında, 22 avqustu 23 avqusta bağlayan gecə güclü yağışların ardından sürüşmə baş verdiyi bildirildi. Zibil və torpaq yığınının ətrafdakı bəzi evlərin üzərinə çökməsi nəticəsində 30 nəfərin həyatını itirdiyi, 6-sı ağır olmaqla 22 nəfərin yaralandığı qeyd edildi.