ABŞ, Suriyanı 'terrora dəstək verən ölkələr' siyahısından çıxardı
ABŞ Xəzinə Nazirliyi, Suriyanın 'terrora dəstək verən ölkələr' siyahısından rəsmi olaraq çıxarıldığını bildirdi.

 

ABŞ Xəzinə Nazirliyindən verilən yazılı açıqlamada Heyət Təhrir əş-Şamın (HTŞ) 'Xüsusi Təyin Edilmiş Qlobal Terror Təşkilatı' (SDGT) statusundan çıxarıldığı bildirildi. Bu çərçivədə ABŞ Xəzinə Nazirliyinə bağlı Xarici Aktivlərə Nəzarət Ofisi (OFAC) də HTŞ-ni Xüsusi Təyin Edilmiş Vətəndaşlar və Bloklanmış Şəxslər Siyahısından çıxardı.