ABŞ Xəzinə Naziri Scott Bessent, "İranı ayaqda saxlayan iqtisadi həyat damarlarını kəsmək məqsədilə 'iqtisadi təcrid' əməliyyatı başladıq" dedi.
ABŞ Xəzinə Naziri Scott Bessent mətbuat konfransında, Prezident Donald Trumpın göstərişi ilə İrana və ölkəyə dəstək verənlərə qarşı misli görünməmiş bir 'iqtisadi təcrid' əməliyyatı başladıldığını bildirdi. Məqsədlərinin, İranı ayaqda saxlayan bütün iqtisadi həyat damarlarını kəsərək Tehranı tək buraxana qədər təzyiqi davam etdirmək olduğunu qeyd edən Bessent, "ABŞ Silahlı Qüvvələri 'İranın heç vaxt nüvə silahına sahib olmamasını təmin etmək' məqsədinin həyata keçirilməsi üçün zəruri zəmini hazırladı. ABŞ iqtisadiyyatının gücü uzunmüddətli maliyyə əməliyyatı keçirməyə imkan verdi. İran indi çox aydın bir seçimlə qarşı-qarşıyadır və qarşısında 2 yol var. Tam bir qlobal təcrid və minimal səviyyədə bir dolanışıq iqtisadiyyatı və ya qlobal iqtisadiyyata yenidən inteqrasiya olmaq fürsətini ehtiva edən, normala dönüş yolu" ifadələrini işlətdi.
Bessent, İranın qarşısındakı digər bütün seçimləri aradan qaldırmaq məqsədilə 'iqtisadi əməliyyat' başladdıqlarını vurğulayaraq, "Xəzinə Nazirliyi, İranın neft qaçaqmalçılığı etmək və sanksiyalardan qaçmaq üçün istifadə etdiyi hər bir əlaqə nöqtəsinin, vasitəçi elementin və şəbəkənin xəritəsini çıxardı. Bu gündən etibarən Xəzinə Nazirliyi və digər qurumların atacağı addımlar dairəni daraldacaq və İnqilab Keşikçiləri Ordusunu və İranı maliyyələşdirən hər cür potensial gəlir mənbəyini əngəlləyəcək. Sıfır sızma yanaşmasını tətbiq edirik. Rejimin, Amerikaya və dünyaya qarşı terror aktları həyata keçirmə qabiliyyətini yenidən qurmasına imkan verəcək ən kiçik bir nəfəs alma sahəsi olmayacaq" deyə danışdı.