Fransa Prezidenti Emmanuel Makron yeni tədris ilindən etibarən liseylərdə mobil telefonların qadağan edildiyini bildirdi.
Fransa Prezidenti Emmanuel Makron sosial media hesabında etdiyi açıqlamada, uşaqları ekranın mənfi təsirlərindən qorumaq üçün 'daha çox gözləyə bilməyəcəklərini' qeyd edərək, liseylərdə mobil telefon qadağasına dair qanunun qüvvəyə mindiyini elan etdi. Makron, qanunun təhsil mühitindəki sakitliyi bərpa edəcəyini və 1 Sentyabrda başlayacaq yeni tədris dövründən etibarən qüvvədə olacağını bildirdi.