İndoneziyada 15 avqustda baş verən 7.7 bal gücündəki zəlzələdə ölənlərin sayının 100-ə çatdığı bildirildi.
İndoneziya Milli Axtarış və Xilasetmə Agentliyinin açıqlamasında, Şərqi Nusa Tenggara əyalətinə təsir edən 7.7 bal gücündəki zəlzələdən sonra axtarış-xilasetmə və dağıntıların aradan qaldırılması işlərinin davam etdiyi bildirildi. İşlərin nəticəsində Flores adası və ətrafında ölənlərin sayının 100-ə çatdığı qeyd olundu. Rəsmilər, zəlzələdə 1600-dən çox vətəndaşın yaralandığını bildirərək, xəstəxanalardakı sıxlığın və sahədəki tibbi müdaxilələrin davam etdiyini elan etdilər.