Rusiya: Ukraynada ordu üçün istifadə olunan liman, gəmi və logistika mərkəzlərini vurduq
Rusiya Müdafiə Nazirliyi Ukraynada ordu üçün istifadə olunan liman, gəmi və logistika mərkəzlərini vurduqlarını bildirdi.

Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada, Rusiya ordusunun Ukraynadakı fəaliyyətlərinə dair məlumat paylaşıldı. Odessa Limanında hərbi yüklər daşıyan gəminin hədəf alındığı qeyd edilən açıqlamada, Yujnıy Limanında 3 yanacaq tankı, 4 hərbi anbar və hərbi məqsədlərlə istifadə olunan infrastruktur obyektlərinin vurulduğu bildirildi. Odessa şəhərinin yaxınlığında isə silah və sursatların saxlanması üçün istifadə olunan 2 logistika mərkəzinin də hədəf alındığı qeyd edilən açıqlamada, hücumda yüksək dəqiqlikli silah və pilotsuz uçuş aparatlarının (PUA) istifadə edildiyi ifadə edildi.