Suriya Prezidenti Əhməd Şara, ölkəsinin inkişaf, yenidənqurma və inşa mərhələsinə daxil olduğunu bildirdi.
Suriya Prezidenti Əhməd Şara sosial media hesabında etdiyi açıqlamada, Suriyanın acı keçmişindən qurtularaq inkişaf, yenidənqurma və inşa yoluna çıxdığını bildirdi. Suriya xalqının sanksiyaların qaldırılması və məhdudiyyətlərin sona çatması ilə bir daha mühüm bir uğur əldə etdiyini vurğulayan Şara, ABŞ Prezidenti Donald Trampa və Suriyanın yanında duran, ölkəsinə dəstək verən bütün dost və dəstəkçi ölkələrə təşəkkürlərini çatdırdı.