RUSİYA-nın Krasnodar bölgəsindəki neft emalı zavoduna pilotsuz uçuş aparatı hücumundan sonra baş verən yanğında 2 nəfərin həyatını itirdiyi bildirilib.
RUSİYA-nın Krasnodar bölgəsindəki neft emalı zavoduna pilotsuz uçuş aparatı hücumundan sonra baş verən yanğında 2 nəfərin həyatını itirdiyi bildirilib.
Krasnodar valisi Veniamin Kondratyev yazılı açıqlamasında gecə saatlarında bölgədəki mülki obyektlərin pilotsuz uçuş aparatı (PUA) hücumuna məruz qaldığını bildirdi. Kondratyev, PUA parçalarının Afipsky adlı yaşayış məntəqəsindəki bir dəmiryolu stansiyasına düşdüyünü və hücum nəticəsində 2 nəfərin həyatını itirdiyini, 2 nəfərin yaralandığını qeyd etdi. Kondratyev, bölgədəki neft emalı zavodunda da yanğın çıxdığını vurğulayaraq, yanğınsöndürmə qruplarının və fövqəladə hallar işçilərinin işlərini davam etdirdiyini ifadə etdi.