Rusiyada kimya zavodunda yanğın: 1 ölü, 130 yaralı
Rusiyanın şərqindəki Amur bölgəsində tikilməkdə olan qaz-kimya kompleksində baş verən yanğında bir nəfər ölüb, 130 nəfər yaralanıb.

 

Rusiyanın Uzaq Şərq bölgəsində yerləşən Amurda tikilməkdə olan qaz-kimya kompleksində yanğın baş verib. Yanğında bir Çin vətəndaşının həyatını itirdiyi, 130 nəfərin yaralandığı bildirilib. Rəsmilər, yaralılardan ən azı 19-nun xəstəxanada müalicə aldığını və müəssisədə söndürmə işlərinin davam etdiyini bildiriblər.