İran: Hörmüz Boğazında cənub dəhlizi bağlandı
İranın Xarici İşlər nazirinin müavini Kazım Garibabadi, Oman ilə əldə olunan razılaşmada Hörmüz Boğazında cənub dəhlizinin bağlandığını bildirdi.

İranın Xarici İşlər nazirinin müavini Kazım Garibabadi, ölkə mediasına verdiyi açıqlamada, Oman ilə Hörmüz Boğazında dəniz nəqliyyatı marşrutu ilə bağlı əldə olunan razılaşmanın təfərrüatları haqqında məlumat verdi. İran ilə Oman arasında Hörmüz Boğazında birgə dəhlizin aktivləşdirilməsi barədə razılığa gəldiklərini bildirən Garibabadi, bunun cənub dəhlizinin bağlanması mənasına gəldiyini qeyd etdi.

Boğazdakı nəqliyyat marşrutunun müvəqqəti olaraq 7 mil genişliyində olmasının qərara alındığını vurğulayan Garibabadi, “Oman cənub marşrutunu tamamilə bağlamağı qəbul etdi. İran Silahlı Qüvvələri cənub marşrutundan keçidə icazə vermir. Sözügedən marşrut müvəqqətidir və Oman ilə daimi bir marşrut barədə müzakirə ediləcək. Hörmüz Boğazı hələ də bağlıdır və İran boğaz üzərində tam nəzarət sahibidir. Gəmilərin boğazdan keçdiyi iddiaları həqiqəti əks etdirmir. Hörmüz Boğazının yenidən açılmasına yönəlik hər hansı bir addım atmadan əvvəl ABŞ, pozduğu bütün öhdəliklərini tam şəkildə yerinə yetirməlidir. Hörmüz Boğazının yenidən açılması, ancaq bütün cəbhələrdə müharibənin sona çatdırılması, blokadanın qaldırılması və Yəmənin vəziyyətinin həll olunması qarşılığında gerçəkləşəcəkdir” ifadələrini istifadə etdi.