İndoneziyada 7.7 bal gücündəki zəlzələdə həyatını itirənlərin sayı 103-ə yüksəldi
İndoneziyada 15 Avqustda baş verən 7.7 bal gücündəki zəlzələdə həyatını itirənlərin sayının 103-ə yüksəldiyi bildirildi.

İndoneziya Milli Fəlakət İdarəetmə Agentliyi (BNPB), ölkənin Flores bölgəsindəki zəlzələyə dair son məlumatları açıqladı. BNPB Fəlakət Məlumat Mərkəzi Başçısının müavini Berton Panjaitan, zəlzələdə həyatını itirənlərin sayının 103-ə yüksəldiyini, yaralı sayısının 1666 olduğunu qeyd etdi.