Zelenski: Rusiyada 16 hədəf vuruldu
Ukrayna Prezidenti Volodimir Zelenski, “Ukrayna ordusu son 24 saatda Rusiyada 16 hədəfi vurdu” dedi.

Ukrayna Prezidenti Volodimir Zelenski sosial media hesabından etdiyi açıqlamada, müharibənin maliyyələşdirilməsində istifadə olunan Rusiya neft sektoruna qarşı uzun mənzilli raketlərlə hücumlar təşkil edildiyini bildirdi. Ukraynaya qarşı hücumlarda istifadə olunan hava limanlarının, raket birliklərinin və infrastrukturun da hədəf alındığını bildirən Zelenski, “Ukrayna ordusu son 24 saatda Rusiyada 16 hədəfi vurdu. Hücumlar Rusiyanın logistika fəaliyyətlərinə də təsir etdi. Ukrayna, Rusiya hücumlarına cavab verir və bunu təcavüzkar tərəf üçün müharibənin xərclərini qaçılmaz olaraq artıracaq şəkildə edirik. Rusiyanın təcavüz potensialını azaldırıq. Dəqiq atışlar həyata keçirən Ukraynalı əsgərlərə təşəkkür edirəm” ifadələrini işlətdi.