İran Prezidenti Mesud Pezeşkiyan, “İran iqtisadi təzyiqə boyun əyməyəcək” dedi.
İran mətbuatı, Prezident Mesud Pezeşkiyanın Mərkəzi Bankda iqtisadçılarla görüşdüyünü bildirdi. ABŞ ilə problemin diplomatik həll ehtimalını və bu ölkənin iqtisadi təzyiqlərini qiymətləndirən Pezeşkiyan, iqtisadi təzyiqlərə qarşı geri addım atmayacaqlarını bildirdi.
Pezeşkiyan, ABŞ-ın müharibədə heç nə əldə etmədiyini qeyd edərək, “Əsas prinsipimiz, qarşılıqlı əlaqə və müzakirə yolu ilə problemləri anlamaq və həll etməkdir, lakin eyni zamanda, indiyə qədər etdiyimiz kimi iqtisadi təzyiqlərə qarşı da qətiyyətlə dayanacağıq. İran iqtisadi təzyiqə boyun əyməyəcək” ifadələrini işlətdi.