Fransanın Caen şəhərində sürücü avtomobilini izdihama sürməsi nəticəsində bir nəfər həyatını itirdi, 10 nəfər yaralandı.
Fransanın Caen şəhərində yerli vaxtla saat 22:30 radələrində dəmiryolu stansiyasının qarşısındakı küçədə baş verən hadisədə avtomobilin piyadaların üzərinə qəsdən sürüldüyü bildirildi. Polis, hadisədə bir nəfərin həyatını itirdiyini, 10 nəfərin də yaralandığını açıqladı. Həyatını itirənlərin hamısının 17 ilə 40 yaş arasında kişilər olduğu qeyd edilərək, hadisə yerindən qaçan şübhəlinin təxminən 20 kilometr uzaqlıqdakı Ouistreham şəhərində tutulduğu bildirildi. Rəsmilər, hadisənin terrorla əlaqəsinin olmadığını qeyd etdilər.