Əlcəzairdə baş verən meşə yanğınlarında 12 nəfər həyatını itirdi
Əlcəzairin şərqindəki vilayətlərdə baş verən meşə yanğınlarında 12 nəfər həyatını itirdi.

Əlcəzair mətbuatı, Daxili İşlər Naziri Said Sayutun ölkənin şərq hissəsində təsirli olan yanğınlarla bağlı açıqlama verdiyini bildirdi. Sayut, yanğınlar səbəbindən 12 nəfərin həyatını itirdiyini bildirərək, Bicayedə 4, Ciceldə 5 və Tizi Vuzu vilayətində isə 3 nəfərin həyatını itirdiyini qeyd etdi. Bölgədə yanğınları söndürmə işlərinin davam etdiyi qeyd olundu.