Qətər Baş naziri Al Sani müzakirə üçün İrana gedir
Qətər Baş naziri və Xarici İşlər Naziri Məhəmməd bin Əbdürrəhman Al Saninin Hörmüz Boğazı müzakirələri üçün İranlı rəsmilərlə görüşmək məqsədilə bu gün Tehrana gedəcəyi bildirilib.
Checkout
#055677

Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Macid əl-Ənsari sosial media hesabında Baş nazir və Xarici İşlər Naziri Məhəmməd bin Əbdürrəhman Al Saninin bu gün İranın paytaxtı Tehranda görüşlər keçirəcəyini qeyd edib. Ənsari bildirib ki, Al Sani İranlı rəsmilərlə bir sıra görüşlər keçirəcək və bu görüşlərdə gərginliyin azaldılması və dialoq şərtlərinə hazırlıq imkanları müzakirə olunacaq.
Qətərin münaqişələrin yeganə həll yolunun diplomatiya və dialoqdan keçdiyi mövqeyini vurğulayan Ənsari, "Al Sani, Tehranda Hörmüz Boğazında naviqasiya azadlığı və Hörmüz Boğazında keçidlərin 28 fevraldan əvvəlki vəziyyətinə qayıtmasını da müzakirə edəcək" ifadələrini işlədib.