ABŞ-ın Alyaska ştatında kiçik təyyarənin suya düşməsi nəticəsində 4 nəfər həyatını itirdi.
ABŞ-ın Alyaska ştatının Anchorage şəhərindən havaya qalxan 'Piper PA-24' tipli təyyarənin hələ müəyyən edilməmiş səbəbdən qəzaya uğradığı bildirildi. Rəsmilər, Seldovia bölgəsində suya düşən təyyarədəki 4 nəfərin həyatını itirdiyini bildirərək, qəza ilə bağlı araşdırmanın davam etdiyini qeyd etdilər.