ABŞ Prezidenti Donald Tramp, Rusiya Prezidenti Vladimir Putinlə yaxşı görüşlər keçirdiyini bildirərək, Rusiyanın NATO üzvü olan bir ölkəyə hücum etməyəcəyini söylədi.
ABŞ Prezidenti Donald Tramp, Rusiya Prezidenti Vladimir Putinlə yaxşı görüşlər keçirdiyini bildirərək, Rusiyanın NATO üzvü olan bir ölkəyə hücum etməyəcəyini söylədi.
ABŞ Prezidenti Donald Tramp Oval Ofisdə mətbuat nümayəndələrinə açıqlamasında Rusiyanın NATO üzvü olan bir ölkəyə hücum etmə ehtimalını dəyərləndirdi. Rusiya Prezidenti Vladimir Putinlə görüşlərinə toxunan Tramp, “Onunla yaxşı görüşlər keçirdim. Rusiya NATO torpağına hücum etməyəcək” ifadələrini işlətdi.
Tramp, Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Con Ratcliffə Moskvaya NATO-ya hücum etməməsi barədə xəbərdarlıq etməsi üçün təlimat verib-vermədiyi barədə suala cavab verməkdən yayındı və “Bu barədə şərh etmək istəmirəm, lakin hücum etməyəcəklər” dedi.
ABŞ mətbuatında yer alan xəbərlərdə, CIA direktoru Con Ratcliffin bu həftə həyata keçirdiyi Moskva səfərinin Rusiyanı NATO üzvü ölkələrə hücum etməməsi barədə xəbərdar etmək məqsədi daşıdığı iddia edilmişdi. Sözügedən səfərin, ABŞ kəşfiyyatının Rusiyanın gələcək bir neçə il ərzində müttəfiq bir ölkəyə məhdud bir hücumla NATO-nun qətiyyətini yoxlaya biləcəyinə dair dəyərləndirmələrinin ardından gəldiyi bildirilmişdi.