İsveçrənin Schachen bölgəsində baş verən silahlı hücumda 1 nəfərin həyatını itirdiyi, 5 nəfərin yaralandığı bildirildi.
Aargau kanton polisi, Schachen'dəki at yarışı pistində keçirilən tədbir zamanı silahlı hücum baş verdiyini açıqladı. Argau kanton polisinin sosial media hesabından edilən paylaşımda, "Schachen bölgəsində gecə saatlarında baş verən silahlı hücumda 1 nəfər həyatını itirdi, 5 nəfər yaralandı. Yaralılardan bəzilərinin vəziyyəti ağırdır" ifadələri istifadə edildi.
'Vətəndaşlara bölgədən uzaq durmaları' çağırışı edilən paylaşımda, daha çox məlumatın irəliləyən saatlarda veriləcəyi də qeyd edildi.