Tramp: İran nüvə silahına sahib olmayacaq
ABŞ Prezidenti Donald Tramp, “İrana qarşı iqtisadi təzyiqlər işə yaradı. İran nüvə silahına sahib olmayacaq” dedi.

ABŞ Prezidenti Donald Tramp Amerika mətbuatına verdiyi açıqlamada, İranın ABŞ və İsrailin hücumlarına Körfəz bölgəsindəki ölkələrə qarşı hücumlarla cavab verməsinə 'özünün də daxil olduğu hər kəsin təəccübləndiyini' söylədi. İranın nüvə silahına sahib olmayacağını vurğulayan Tramp, “ABŞ-ın dəniz blokadası və İrana qarşı iqtisadi təzyiqlər işə yaradı. İran çökməkdə olan bir ölkədir” ifadələrini işlətdi.