ABŞ Prezidenti Donald Tramp, “Hörmüz Boğazından gündəlik orta hesabla 30 tanker keçir. Boğaz çox yaxşı vəziyyətdədir” dedi.
ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin gündəmə dair suallarını cavablandırdı. Tramp İranın 'çökmüş bir ölkə' olduğunu iddia edərək, "Yenə də bu vəziyyət onlara həddini bildirməyəcəyimiz anlamına gəlmir. Nələr olacağını görəcəyik" ifadəsini işlətdi.
Hörmüz Boğazından ABŞ donanmasının da yardımı ilə gündəlik təxminən 30 tankerin keçdiyini bildirən Tramp, "Hörmüz Boğazı son dərəcə yaxşı vəziyyətdədir. Gecədə orta hesabla 30 gəmi keçir. Çoxlu neft gəlir. Bu səbəbdən neft qiymətlərinin, təxmin edildiyi kimi yüksəlmədiyini görürsünüz. ABŞ əvvəlcə Venesuelada, sonra da İranda 'çox yaxşı' iş çıxardı. İran heç vaxt nüvə silahına sahib olmayacaq. Əgər İranın nüvə silahı olsaydı, indi İsrail adlı bir ölkə olmazdı" deyə danışdı.