Rusiya: Ukraynanın logistika mərkəzlərini vurduq
Rusiya Müdafiə Nazirliyi, Ukraynanın Kiyev və Odessa bölgələrində hərbi məqsədlə istifadə olunan logistika mərkəzlərini vurduqlarını bildirdi.

Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada, dünən Kiyev bölgəsində Qərb ölkələrinin təmin etdiyi hərbi yüklərin saxlanması və daşınması üçün istifadə olunan iki logistika mərkəzinin vurulduğu qeyd edilərək, Odessa bölgəsində isə Odessa Limanından hərbi yüklərin daşındığı bir logistika mərkəzinin hədəf alındığı bildirildi. Açıqlamada, Yujnıy Limanında hərbi texnika ilə yüklü gəminin də vurulduğu və hücumlarda pilotsuz uçuş aparatlarının (PUA) istifadə edildiyi ifadə edildi.