Nepalda keçən həftə baş verən seldə həyatını itirənlərin sayının 1114-ə yüksəldiyi, 3 min 916 nəfərin isə hələ də itkin olduğu bildirildi.
Nepal Milli Fəlakət Riskini Azaltma və İdarəetmə Təşkilatı (NDRRMA) tərəfindən verilən açıqlamada, 26 avqustda Rasuwa bölgəsində baş verən seldə ölüm hallarının artdığı bildirildi. Bölgədə axtarış-xilasetmə işləri davam edərkən həyatını itirənlərin sayının 1114-ə çatdığı, 3 min 916 nəfərdən isə hələ də xəbər alınmadığı qeyd edildi.
Açıqlamada, sel sularının sürükləndiyi 8 fərqli bölgədən cansız bədənlərin çıxarıldığı bildirildi. Ölüm hallarının Chitwan'da 348, Şərqi Nawalparasi'də 217, Qərbi Nawalparasi'də 190, Nuwakot'da 155, Gorkha'da 66, Dhading'də 59, Tanahun'da 38 və Rasuwa'da 41 olduğu bildirildi. Seldə 292 nəfərin yaralandığı, helikopter dəstəkli əməliyyatlarla 11 min 993 nəfərin təxliyə edilərək xilas edildiyi ifadə edildi.
Axtarış işlərinin davam etdiyi bölgələrdə 3 min 916 nəfərin itkin olduğu bildirilərkən, itkinlər arasında hidroelektrik stansiyası işçiləri və xarici vətəndaşların da olduğu qeyd edildi. Bölgədəki yardım və axtarış əməliyyatlarında 21 min 314 təhlükəsizlik işçisinin iştirak etdiyi bildirildi.