Misirdə avtobus aşdı: 16 ölü, 28 yaralı
Misirin Cənubi Sina vilayətində sərnişin avtobusunun aşması nəticəsində baş verən qəzada 16 nəfər həyatını itirdi, 28 nəfər yaralandı.

Misir Səhiyyə və Əhali Nazirliyinin açıqlamasında qəzanın səhər saatlarında Cənubi Sina vilayətindəki Dahab-Nuveiba avtomobil yolunda baş verdiyi bildirildi. Hərəkətdə olan sərnişin avtobusunun aşması nəticəsində 16 nəfərin hadisə yerində həyatını itirdiyi, 28 nəfərin isə yaralandığı qeyd edildi.

İhbar üzərinə bölgəyə 20 təcili yardım maşını göndərildi, nazirlik rəsmiləri ilkin müdaxilələri edilən yaralıların xəstəxanalara aparıldığını və sağlamlıq vəziyyətlərinin yaxından izlənildiyini ifadə etdi.

Qəza ilə bağlı araşdırma başladıldığı qeyd edildi.