Yeni bir araşdırma, dərin yuxudakı beyin dalğalarının Alzheimer xəstəliyinin irəliləməsinə qarşı qoruma təmin edə biləcəyini göstərdi.
Beynəlxalq bir araşdırma qrupu, yüngül və orta mərhələ Alzheimer diaqnozu qoyulmuş 60 yaş və üzərində olan 60 iştirakçının gecə boyunca beyin dalğalarını və yuxu dövrlərini izləyib. Ertəsi səhər iştirakçılardan alınan beyin onurğa mayesi nümunələrini araşdıran alimlər, yuxu-oğanıqlıq balansını tənzimləyən və 'oreksin' adlanan kimyəvi ötürücü səviyyələrini təhlil etdilər. İştirakçıların bilişsel vəziyyətləri isə üç il boyunca izlənildi.
Əldə edilən nəticələr, beyin onurğa mayesində yüksək səviyyədə 'oreksin' olan xəstələrdə Alzheimer əlamətlərinin üç il ərzində daha sürətli pisləşdiyini göstərdi. Lakin dərin yuxu mərhələsində (NREM) yaddaşı gücləndirən və yavaş salınımlı beyin dalğaları daha güclü olan xəstələrdə, yüksək 'oreksin' səviyyəsinə baxmayaraq xəstəliyin irəliləməsinin çox daha yavaş olduğu müəyyən edildi.
'YENİ MÜALİCƏ ÜSULLARINA İŞIQ TUTA BİLƏR'
Mütəxəssislər, dərin yuxu keyfiyyətini artıran və 'oreksin' səviyyəsini balanslaşdıran yanaşmaların, Alzheimer xəstələrində yaddaş itkisinə səbəb olan toksik proteinlərin (amiloid və tau) beyindən təmizlənməsinə kömək edə biləcəyini qeyd etdilər.
Qadın xəstələrdə 'oreksin' nisbətinin kişilərə nisbətən əhəmiyyətli dərəcədə daha yüksək çıxdığı qeyd edilən araşdırmada, yuxu keyfiyyətini artırmağa və 'oreksin' səviyyəsini balanslaşdırmağa yönəlik müalicələrin Alzheimer prosesini yavaşlatmada yeni bir qapı aça biləcəyi ifadə edildi.