Küveyt, İrandan raket və pilotsuz uçuş aparatları ilə edilən hücumlara qarşı hava müdafiə sistemlərinin işə düşdüyünü elan etdi.
Küveyt ordusunun sosial media hesabından edilən açıqlamada, İrandan raket və pilotsuz uçuş aparatları (PUA) ilə hücum edildiyi bildirildi. Açıqlamada, hava müdafiə sistemlərinin raketlərə və PUA-lara qarşı durmaq üçün işə düşdüyü, bu səbəbdən partlayış səslərinin meydana gəldiyi qeyd edildi. Bölgə sakinlərinə rəsmilərin təhlükəsizlik və əmin-amanlıq təlimatlarına əməl etmə çağırışı edildi.