İran: ABŞ-ın ölkəyə son hücumlarında 18 nəfər həlak olub, 142 nəfər yaralanıb
İran Səhiyyə Nazirliyi ABŞ-ın 30 avqust - 2 sentyabr tarixləri arasında ölkəyə təşkil etdiyi hücumlarda 18 nəfərin həlak olduğunu, 142 nəfərin yaralandığını bildirib.

İran Səhiyyə Nazirliyinin sözçüsü Hüseyn Kirmanpur ABŞ ordusunun 30 avqust - 2 sentyabr tarixləri arasında İranın müxtəlif bölgələrinə həyata keçirdiyi hücumlarla bağlı sosial media hesabında açıqlama verib. Kirmanpur, ABŞ ordusunun həmin tarixlərdə İrana təşkil etdiyi hücumlarda 2-si qadın, 1-i uşaq olmaqla 18 nəfərin həlak olduğunu, 61-i qadın olmaqla 142 nəfərin isə yaralandığını bildirib.