ABŞ-da Tramp portretli 1 dollarlıq sikkə buraxıldı
ABŞ-da ölkənin müstəqilliyinin 250-ci ildönümü münasibətilə üzərində Prezident Donald Trampın portreti olan 1 dollarlıq sikkə buraxıldı.

Amerika mətbuatı ABŞ Zərbxanasının Prezident Donald Trampın portretinin yer aldığı 1 dollarlıq sikkələri dünən bazara çıxardığını elan etdi. 1 dollarlıq sikkənin bir üzündə Trampın portreti ortada, yuxarı hissəsində 'LIBERTY' (Azadlıq), aşağı hissəsində isə ölkənin müstəqilliyinin elan edildiyi ili və 250-ci ildönümünü simvolizə edən '1776-2026' tarixləri yer alır. Trampın portretinin sağında 'IN GOD WE TRUST' (Tanrıya Güvənirik) yazısının yer aldığı sikkənin bazara çıxarıldıqdan bir neçə saat sonra tükəndiyi qeyd edildi. Qızılı rəngdə, lakin içində qızıl olmayan 1 dollarlıq sikkələrin 25 ədədinin 61 dollara, 100 ədədinin isə 154,50 dollara satışa çıxarıldığı bildirildi.