ABŞ Gizli Xidmətinin bəzi təhlükəsizlik siyasətlərini illərdir yeniləmədiyi ortaya çıxdı
ABŞ Gizli Xidmətinin təhlükəsizlik siyasətlərini uzun illər yeniləmədiyi bildirildi.

ABŞ Hökumət Hesabatlılıq Ofisinin yayımladığı hesabatda, Gizli Xidmətin ABŞ Prezidentini və xaricə səfər edən digər rəsmiləri qorumağa yönəlik protokolları 1991-ci ildən bəri dəyişmədiyi qeyd edildi.

ABŞ Konqresində aparılan istintaq çərçivəsində Gizli Xidmətin zəruri yeniləmələri etmədiyi, pilotsuz uçuş aparatlarına (PUA) qarşı illərlə köhnə üsullardan istifadə etdiyi bildirildi. Hesabatda, "Çox vaxt Gizli Xidmət, təhlükəsizlik hadisələrindən sonra qoruma siyasətlərini yeniləməmişdir və Gizli Xidmət siyasəti, işçilərinin bu hallarda status-kvonu qoruma səbəblərini sənədləşdirməsini tələb etmir. Nəticə olaraq Gizli Xidmət, qoruma siyasətlərini yeniləmə qərarı verərkən tam məlumata sahib deyil" ifadələri istifadə edildi.

Hesabata görə Gizli Xidmət, yeni prosedurların nəşrindən etibarən dörd il ərzində nəzərdən keçirilməsini nəzərdə tutan siyasətini də tətbiq etmədi.