Çində torpaq sürüşməsi: 3 ölü, 9 itkin
Çinin Jiangxi əyalətində baş verən torpaq sürüşməsində 3 nəfərin öldüyü, 9 nəfərin isə itkin olduğu bildirildi.

Çinin şərqində yerləşən Jiangxi əyalətinə bağlı Ji'an şəhərində dünən baş verən torpaq sürüşməsində 3 nəfərin həyatını itirdiyi, 9 nəfərin isə itkin olduğu bildirildi. Rəsmilər, itkin şəxslərə çatmaq üçün bölgədə axtarış-xilasetmə işlərinin davam etdiyini açıqladı.