İran: İraqda ABŞ-a məxsus müşahidə şarını hədəf aldıq
İran İnqilab Keşikçiləri Ordusu, İraqın Ərbil şəhərində ABŞ ordusuna məxsus 'PSS-T' tipli sabit müşahidə şarını 'Şahid-136' kamikadze pilotsuz uçuş aparatı ilə vurduğunu bildirdi.

İran mətbuatı İnqilab Keşikçiləri tərəfindən edilən yazılı açıqlamanı yayımladı. Açıqlamada, keçən həftə çərşənbə günü səhərə qarşı, Şimali İraqın Ərbil Hava Limanı ətrafına yerləşdirilmiş ABŞ ordusuna məxsus 'PSS-T' model müşahidə şarının, İnqilab Keşikçiləri Ordusu Hava-Kosmik Qüvvələrinə məxsus 'Şahid-136' pilotsuz uçuş aparatları (PUA) tərəfindən hədəf alınaraq məhv edildiyi qeyd edildi.

Şarın ənənəvi uçan şarlardan fərqli olaraq müəyyən bir nöqtədə sabit şəkildə yerləşdirildiyi və müşahidə qülləsi kimi istifadə edildiyi bildirildi. Açıqlamada həmçinin təxminən 35 metr uzunluğundakı şarın 500 kilograma qədər müxtəlif yük daşıya bildiyi irəli sürüldü. Vurulan şarın ətrafını 24 saat boyunca müşahidə edə bildiyi və adətən bir aya qədər havada qala bildiyi də ifadə edildi.