Rusiya: Qara dənizdə Ukrayna ordusu üçün hərbi yük daşıyan gəmini vurduq
Rusiya Müdafiə Nazirliyi, Qara dənizdə Ukrayna ordusu üçün hərbi yük daşıyan gəmini vurduqlarını elan etdi.

Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada, Rusiya ordusunun Ukraynada hərbi hədəflərə yönəlik hücumlarını davam etdirdiyi qeyd edildi. Açıqlamada, "Gün ərzində Qara dənizdə Qərb ölkələrinin təmin etdiyi hərbi texniki avadanlıqları daşıyan bir quru yük gəmisi pilotsuz uçuş aparatları (PUA) ilə vuruldu" ifadəsinə yer verildi.