Hindistanda çökmüş tələbə yataqxanasında ölənlərin sayı 6-ya çatdı
Hindistanın Yeni Dehli şəhərində tələbə yataqxanasının çökməsi nəticəsində ölənlərin sayı 6-ya çatdı.

Hindistan mətbuatı dünən paytaxt Yeni Dehlinin Satya Niketan bölgəsində kişi tələbə yataqxanası kimi istifadə olunan 5 mərtəbəli binanın çökməsindən sonra axtarış-xilasetmə işlərinin davam etdiyini bildirdi. Tələbə yataqxanasının çökməsi nəticəsində ölənlərin sayı 6-ya çatdı, yaralanan 11 nəfər isə xəstəxanaya yerləşdirildi. Rəsmilər binanın zirzəmi mərtəbəsində təmir işləri zamanı çökmüş olduğunu açıqladı. Hadisədə ən azı 30 nəfərin dağıntılar altında qaldığı bildirildi.