Konqo Demokratik Respublikasında toy salonunda çıxan yanğında 22 nəfər həyatını itirdi
Konqo Demokratik Respublikasının paytaxtı Kinşasada toy salonunda çıxan yanğında 22 nəfər həyatını itirdi.

Konqo mətbuatı, paytaxt Kinşasanın Lingwala bölgəsindəki bir salonda, toy mərasiminin davam etdiyi zaman yanğın çıxdığını bildirdi. Yanğında ilkin məlumatlara görə 22 nəfər həyatını itirdi, çox sayda insan yaralandı. Yanğının çıxış səbəbinin müəyyən edilməsi üçün istintaq başladılıb.