Araşdırma: Ən ölümcül beyin xərçəngində zəif nöqtə aşkar edildi
ABŞ-da aparılan yeni bir araşdırma, ən ölümcül və müqavimətli beyin şişlərindən biri olan glioblastomada kritik bir proteinin bloklanması ilə xərçəng hüceyrələrinin müdafiə mexanizminin çökdüyünü göstərdi.

Beynəlxalq bir araşdırmada, kimyaterapiya və radiasiyaya qarşı yüksək müqavimət göstərən ölümcül beyin şişi glioblastomanın müdafiə qalxanına dair əhəmiyyətli bir tapıntıya çatıldı. Ohio Dövlət Universiteti Xərçəng Mərkəzi tədqiqatçıları, şişin sağ qalmasını təmin edən mexanizmləri araşdıraraq xərçəng hüceyrələrini zəiflədən bioloji bir hədəf müəyyən etdilər. Laboratoriya və heyvan modellərində aparılan təcrübələrdə, xərçəng hüceyrələrinin böyüməsini və müalicədən sonra bərpasını idarə edən 'PP2A' adlı fermenti basqılayan 'SET' proteini incələndi. Tədqiqatçılar, bu proteinin bloklanması ilə şişin yaranmasının qarşısının alındığını və qalan xərçəng hüceyrələrinin radiasiya müalicəsinə qarşı son dərəcə müdafiəsiz qaldığını müəyyən etdilər.

'RADYOTERAPİYA VƏ KİMYOTERAPİNİN TƏSİRİNİ ARTIRA BİLƏR'

Araşdırmanın müəllifi və radiasiya onkologiyası mütəxəssisi Dr. Arnab Chakravarti mövzu ilə əlaqədar etdiyi açıqlamada, "Glioblastoma uyğunlaşma və sağ qalma qabiliyyəti səbəbindən müalicəsi ən çətin xərçənglərdən biridir. Tapıntılarımız, 'PP2A' fermentinin yenidən aktivləşdirilməsinin xərçəng hüceyrələrinin müqavimət mexanizmini qırdığını göstərir. Bu addım, mövcud radyoterapiya və kimyoterapinin xəstələr üzərində çox daha təsirli olmasını təmin edə bilər" ifadələrini istifadə etdi.

Mütəxəssislər, sözügedən metodun hələ klinik öncəsi mərhələdə olduğunu və insanlar üzərindəki təhlükəsizlik və effektivlik testlərinin aparılacağını bildirdilər. Araşdırma qrupu, hədəfə yönəlik yeni dərman kombinasyonlarının inkişaf etdirilməsi ilə glioblastoma xəstələrinin sağ qalma müddətlərinin uzadıla biləcəyini qeyd etdi.