İordaniya: İrandan atılan 18 ballistik raket məhv edildi
İordaniya ordusu, hava müdafiə sistemlərinin İrandan atılan 18 raketi məhv etdiyini bildirdi.

 

İordaniya mətbuatı ordu tərəfindən edilən yazılı açıqlamanı yayımladı. Açıqlamada, hava müdafiə sistemlərinin ölkə ərazisini hədəf alan 20 ballistik raketdən 18-ni qarşılayıb məhv etdiyi, 2 raketin isə yaşayış yerlərindən uzaq boş sahələrə düşdüyü qeyd edildi. Hücumda hər hansı bir insan itkisi yaşanmadığı vurğulanan açıqlamada, mütəxəssis qrupların raket qalıqları və şrapnel parçalarının düşdüyü bölgələri təhlükəsizləşdirmək üçün işə başladığı ifadə edildi. Açıqlamada, "İordaniya Silahlı Qüvvələri, ölkənin təhlükəsizliyini və hava məkanının suverenliyini qorumaq məqsədilə bütün radar, erkən xəbərdarlıq və hava müdafiə sistemləri ilə ən yüksək hazırlıq vəziyyətində vəzifəsini davam etdirir" deyildi.