İran İnqilab Keşikçiləri Ordusu Hörmüz Boğazında 2 ABŞ gəmisi, 8 tanker və 10 fərqli gəminin hədəf alındığını bildirdi.
İran mətbuatı İnqilab Keşikçiləri Ordusunun Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi tərəfindən verilən yazılı açıqlamanı yayımladı. Açıqlamada, ABŞ ordusunun Fars Körfəzində 5 İran tankerinə qarşı hücumlarına cavab verildiyi bildirildi. Bölgədə ABŞ-a məxsus 2 gəmi və 8 tankerin hədəf alındığı qeyd olunan açıqlamada, həmçinin ABŞ ordusunun təşviqi və dəstəyi ilə Hörmüz Boğazındakı 'qadağan olunmuş zonadan' keçməyə çalışan 10 gəminin də hədəf alındığı ifadə edildi. Açıqlamada, Hörmüz Boğazının nəzarətinin İnqilab Keşikçiləri Ordusu donanmasının əlində olduğu qeyd edildi.