ABŞ Prezidenti Donald Tramp, “Almaniya üçün Alternativ Partiyası çox böyük bir uğura imza atdı, yüksəlişi davam edir” dedi.
ABŞ Prezidenti Donald Tramp Almaniyanın Saksoniya-Anhalt əyalətində 6 sentyabrda keçirilən seçkilərlə bağlı sosial media hesabından şərh edib. Almaniya üçün Alternativ Partiyasının (AfD) 'çox böyük bir uğura imza atdığını' qeyd edən Tramp, “Nəhayət, Almaniyaya böyük zərər verən o son dərəcə pis miqrasiya qaydalarından və tənzimləmələrindən bezdilər. AfD yüksəlişdədir və Almaniya bu miqrasiya siyasətlərinə daha çox dözməyəcək” ifadələrini işlədib.