Çin Xarici İşlər Nazirliyi, ABŞ-ın Çinə qarşı əsasız ittihamları dayandırmalı olduğunu bildirdi.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning bu gün keçirilən mətbuat konfransında süni intellekt mövzusunda açıqlama verdi. Mao, Çindəki süni intellekt inkişafının, ortaq məsləhətləşmə, ortaq paylaşım və açıq əməkdaşlıq anlayışı istiqamətində öz gücünə əsaslanaraq əldə etdiyi bir nəticə olduğunu bildirdi.
Çinin hər zaman tərəflərin əməkdaşlığını gücləndirərək süni intellekti açıq, əhatəli və hər kəsə fayda verən bir sahəyə çevirməyi ümid etdiyini vurğulayan Mao, "ABŞ-ın iki ölkə liderlərinin daha əvvəl əldə etdikləri mühüm razılaşmaları yerinə yetirərək Çinə qarşı əsasız ittiham və qaralamaları dayandırması gərəkdir. Çin və ABŞ süni intellekt sahəsində iki böyük ölkə olaraq əməkdaşlığı gücləndirməlidirlər" ifadələrini işlətdi.