İsveçrədə hidroelektrik stansiyasında partlayış
İsveçrənin Ticino kantonundakı bir hidroelektrik stansiyası tikinti sahəsində partlayış baş verib.

 

İsveçrənin Ticino kantonuna bağlı Piotta kəndində bir hidroelektrik stansiyası tikinti sahəsində yerli vaxtla saat 10:00 radələrində partlayış baş verib. Rəsmilər, tikintisi davam edən stansiyada qismən çökmə ola biləcəyini açıqlayıb. Hadisə ilə bağlı araşdırma başladılıb.

Hidroelektrik stansiyasının tikintisinin uzun müddətdir davam etdiyi və 2027-ci ildə istifadəyə verilməsinin gözlənildiyi bildirilib.