ABŞ Prezidenti Donald Tramp, “İranla müharibənin gedişatı ilə bağlı kritik qərar mərhələsindəyəm” dedi.
ABŞ Prezidenti Donald Tramp, Amerika mətbuatına verdiyi açıqlamada, İranla bağlı qiymətləndirmə etdi. Tramp, İranla müharibəni sona çatdırmaq məqsədilə böyük bir hücum başlatmaq barədə qərar vermə prosesində olduğunu bildirərək, “Qarşımda verməli olduğum vacib bir qərar var. İçəri girib onları məhv etmək istəyirəmmi, istəmirəmmi? Bu, böyük bir qərardır. Mənim üçün hər şey mümkündür” ifadələrini işlətdi.
İrana qarşı dəniz blokadasının İranın neft ixracını əngəlləməsindən çox məmnun olduğunu deyən Tramp, “Başladığımız gündən etibarən İrana gedən tək bir gəmi olmadı. Cəhd etdilər, amma biz onları havaya uçurduq. İran, ABŞ ilə birbaşa əlaqədədir və onlar çox istəklidirlər ki, bir anlaşma etsinlər” deyə danışdı.