ABŞ rəhbərliyi, Səudiyyə Ərəbistanına 24,3 milyard dollar dəyərində 48 ədəd 'F-35' döyüş təyyarəsi və digər avadanlıqların satışına təsdiq verdi.
ABŞ Dövlət Departamentindən verilən yazılı açıqlamada, Səudiyyə Ərəbistanına silah satışına dair Konqresə rəsmi bildiriş verildiyi bildirildi. Açıqlamada Səudiyyə Ərəbistanının ümumi dəyəri 24,3 milyard dollar olan satış əməliyyatı ilə 48 ədəd 'F-35' döyüş təyyarəsi, 49 ədəd 'Pratt & Whitney F135-PW-100' mühərriki və digər əlaqəli avadanlıqları alacağı qeyd edildi. Açıqlamada, 'F-35' satışının bölgədəki hərbi güc balansını dəyişməyəcəyi vurğulandı.