Rusiya Xarici İşlər Naziri Sergey Lavrov, Qərb ölkələrinin Rusiyaya qarşı müharibəyə hazırlaşdığını bildirdi.
Rusiya Xarici İşlər Naziri Sergey Lavrov paytaxt Moskva şəhərində keçirilən 'Beynəlxalq Rusiya Sevənlər Hərəkatı Konqresi'ndə iştirak etdi. Konqresdə çıxış edən Lavrov, Qərbin Rusiyaya qarşı hərəkətləri ilə bağlı, “Qərb elitaları Rusiyadan təhlükə gəldiyi mifini qəbul edir. Qərb ölkəmizə qarşı müharibəyə hazırlaşır. Rusiyanın təhlükəsizliyinə qarşı təhdidlərə cavab verəcəyik. Bunu etmək üçün lazım olan imkanlara sahibik. ABŞ, Avropa ölkələrindən fərqli olaraq dialoqa hazırdır. Biz də ciddi müzakirələr üçün hər zaman açığıq” ifadələrini işlətdi.