Ukrayna Prezidenti Volodimir Zelenski, "Rusiya Prezidenti Vladimir Putinlə bir araya gəlməyə hazıram" dedi.
Ukrayna Prezidenti Volodimir Zelenski, Birləşmiş Millətlər Təşkilatının (BMT) 81-ci Baş Assambleya görüşmələri çərçivəsində Nyu-Yorkda ABŞ Prezidenti Donald Tramp ilə bir araya gəldi. Görüşdən sonra mətbuat konfransı keçirən Zelenski, müharibənin ən qısa müddətdə bitirilməli olduğunu bildirərək, "Düşünürəm ki, hamımız mümkün olan ən qısa müddətdə hərəkətə keçməliyik. Rusiya-Ukrayna Müharibəsinin bitirilməsi üçün liderlər bir araya gəlməlidir" ifadələrini işlətdi.
Rusiya Prezidenti Vladimir Putinlə görüşməyə hazır olduğunu deyən Zelenski, Trampın, ABŞ-Rusiya-Ukrayna liderlərinin zirvəsi üçün bir iş görə biləcəyini bildirdi. Zelenski, "Üçlü bir görüşməyə hazıram amma Putinin buna hazır olduğunu düşünmürəm. Müharibəni bitirməyə hazır deyil. Enerji sektorumuz hədəf alınmadığı müddətcə enerji atəşkəsinə hazırıq" deyə danışdı.