Kanada Baş naziri Mark Carney, Fələstinə 100 milyon Kanada dolları dəyərində yardım edəcəklərini açıqladı.
Kanada Baş naziri Mark Carney, Birləşmiş Millətlər Təşkilatının (BMT) 81-ci Baş Assambleya görüşmələri üçün Nyu-Yorkda jurnalistlərə açıqlama verdi. Qəzzada böyük bir humanitar böhranın davam etdiyini deyən Carney, Fələstinə yönəlmiş 100 milyon Kanada dolları məbləğindəki yardımın 80 milyonunun humanitar yardıma, 20 milyonunun isə sülh və təhlükəsizlik qabiliyyətinin inkişafına ayrılacağını bildirdi.
Carney, İsrail hökumətinin Şərqi Qüdsdə qanunsuz E1 məskunlaşma layihəsinə təsdiq verməsinin sülhə birbaşa təhdid yaratdığını qeyd edərək, "Qanunsuz İsrail məskunlaşma yerlərində istehsal olunan mallara yönəlmiş ticarət məhdudiyyətlərini həyata keçirmək niyyətimizi açıqladıq. Bu, iki dövlətli həll ehtimalının qorunmasına və daimi sülhün təmin olunmasına yönəlmiş praqmatik və konkret bir addımdır" ifadələrini işlətdi.