İngiltərə, kosmosdakı maraqlarını və peyklərini düşmən müdaxilələri və hücumlardan qorumaq məqsədilə hərbi kosmik donanma quracaq.
İngiltərə Kral Hava Qüvvələrindən (RAF) verilən yazılı açıqlamada, ölkənin kosmosdakı maraqlarının qorunması, peyklərə qarşı düşmən müdaxilələrinin qarşısının alınması və düşmənlərin kosmos fəaliyyətlərinin önlənməsi üçün bir donanma qurulacağı bildirildi. 'No 3 Kosmik Təsirlər Donanması' adlanan donanmada silahlı qüvvələrin bütün səviyyələrindən komponentlər yer alacaq və orbitdəki peyklərin qorunması hədəflənəcək.
Kosmosdakı düşmən hərəkətləri ilə bağlı müşahidə və xəbərdarlıq vəzifələrini yerinə yetirən 'No 1 Kosmik Əməliyyatlar Donanması' və 'No 2 Kosmik Xəbərdarlıq Donanması'nın yaratdığı ailənin bir hissəsi olacaq yeni donanma, bu hərəkətlərə qarşı birbaşa hərəkətə keçəcək. Hücum və müdafiə vəzifələrini yerinə yetirəcək donanma, elektron müharibə və peykləri hədəf alan silahlara qarşı təchiz olunacaq.