Pakistan, Əfqanıstandan havaya qalxan pilotsuz uçuş aparatlarının aşkarlanmasının ardından Əfqanıstanda 10 nöqtəyə hava hücumu təşkil etdiyini bildirdi.
Pakistan, Əfqanıstandan havaya qalxan pilotsuz uçuş aparatlarının aşkarlanmasının ardından Əfqanıstanda 10 nöqtəyə hava hücumu təşkil etdiyini bildirdi.
Pakistanın İnformasiya Naziri Attaullah Tarar sosial media hesabında etdiyi açıqlamada, Əfqanıstan ərazisindən havaya qalxan bəzi pilotsuz uçuş aparatlarının (PUA) 23 sentyabrda Pakistana daxil olmağa cəhd etdiyini və bunun qarşısını aldıqlarını qeyd etdi. Tarar, “Pakistan, qanuni müdafiə hüququndan istifadə edərək, bu PUA-ların havaya qalxması və saxlanması üçün istifadə edilən Əfqanıstandakı 10 hədəfə dəqiq hava və PUA hücumları təşkil etdi. Əfqanıstandan Pakistan ərazisinə yönəlmiş heç bir hücumu xoş görməyəcəyik. Pakistanın suverenliyinə yönəlmiş hər hansı bir pozuntu dərhal və qətiyyətli bir cavab tapacaqdır” ifadələrini işlətdi.
Pakistanın gərginliyi artırmaq niyyətində olmadığını bildirən Tarar, Əfqanıstan rəhbərliyini təcili olaraq hücumları dayandırmağa dəvət etdi. Tarar, “Pakistan regional sülh, dialoq və konstruktiv əməkdaşlığa olan bağlılığını davam etdirir. Bu bağlılıq zəiflik və ya düşməncə hərəkətlərə qarşı limitsiz dözümlülük kimi yanlış başa düşülməməlidir” qiymətləndirməsində bulundu.