Bu günü bizə yaşatdığı üçün Prezidentimizə təşəkkür edirik - Laçın sakini

Bakı. Trend:

Bizə bu günü yaşatdığı üçün Prezidentimizə, Müzəffər Ordumuza təşəkkür edirik.

Bunu Trend-ə açıqlamasında Laçın sakini Ramin İsayev deyib.

Onun sözlərinə görə, 8 yaşında Laçını tərk edib.

"Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can-sağlığı versin. Bu günümüzü onlara borcluyuq. İndi isə doğma yurdumuza qayıtdığımız üçün sevincimizin həddi-hüdudu yoxdur", -deyə o qeyd edib.

Xatırladaq ki, indiyədək Laçın şəhərinə 408 ailənin, yəni 1555 nəfərin daimi məskunlaşması təmin edilib.