ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri F-16-ların Türkiyəyə satışını dəstəkləyib - YENİLƏNİB

ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri Ben Kardin və Nümayəndələr Palatasının komitədəki üzvü, demokrat Gregory Miks F-16 qırıcılarının Türkiyəyə satışına qarşı çıxmayacaqlarını bildiriblər.

AZƏRTAC TASS-a istinadla xəbər verir ki, Kardin bununla bağlı açıqlamasında deyib: “Türkiyə parlamentinin İsveçin NATO-ya üzvlüyünü təsdiqləməsi fonunda F-16 qırıcılarının Türkiyəyə satışına icazə verəcək. Türkiyənin F-16 təyyarələrinin alınması ilə bağlı müraciətini təsdiqləməm İsveçin NATO-ya daxil olmasını təsdiqlənməsi ilə bağlı idi".

Miks də öz növbəsində Türkiyə parlamentinin İsveçin NATO-ya üzvlüyünü təsdiqləməsini alqışladığını vurğulayıb. O qeyd edib ki, “Türkiyənin Egey dənizində gərginliyi azaltmaq üçün atdığı addımlar onu ruhlandırıb”.