Paytaxt küçələrində Prezident İlham Əliyevin qələbəsi qeyd olunur.
Trend xəbər verir ki, bu barədə sosial şəbəkələrdə videogörüntülər yayılıb.
Məlumata görə, paytaxt küçələrində vətəndaşlar avtomobillərinə Azərbaycan Bayrağını sancaraq yürüş edirlər.
Qeyd edək ki, ABŞ-nin “Oracle Advisory Group” təşkilatı Azərbaycanda növbədənkənar Prezident seçkilərinin “exit-poll” nəticələrini elan edib. Təşkilatın əsas tərəfdaşı George Birnbaum bildirib ki, seçicilərin 93,9 faizi İlham Əliyevə səs verib.